XƏBƏRLƏR / Diplomatiya

Bakıda Azərbaycan və Fransa diplomatları görüşüb

Bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut məlumat yayıb

Bakıda Azərbaycan və Fransa diplomatları görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa və Azərbaycan diplomatları arasında aparılan danışıqlar barədə özünün X hesabında yazıb:

    Bu gün Azərbaycan və Fransa diplomatları arasında hərtərəfli və səmərəli danışıqlar aparılıb. Fransa Prezidentinin Kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Büxvalter və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin direktoru Bris Rokfey Azərbaycan Prezidentinin Xarici Siyasət üzrə köməkçisi Hikmət Hacıyev və Prezidentin Xüsusi Təyinatlı Nümayəndəsi Elçin Əmirbəyovla Azərbaycan-Fransa münasibətləri və regional məsələləri müzakirə etmək üçün Bakıya gəliblər. Görüş müsbət keçib və İlham Əliyev və Emmanuel Makron arasında son danışıqlardan sonra ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub.