Ukrayna üzrə danışıqlar fevralın 18-də Ər-Riyadda keçəcək
ABŞ-Rusiya görüşü haqda “Kommersant” qəzeti yazır

“Kommersant” qəzeti yazır ki, Ukrayna üzrə danışıqlar fevralın 18-də Ər-Riyadda baş tutmalıdır.
Amerika tərəfdən isə müzakirələrdə dövlət katibi Mark Rubio, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun iştirakı gözlənilir.
ABŞ dövlət katibi Ər-Riyadda Ukrayna ilə bağlı danışıqlarda iştirakının mümkünlüyü ilə bağlı xəbərlər fonunda Səudiyyə Ərəbistanına uçub.
Rusiya nümayəndə heyətinin tərkibi barədə dəqiq məlumat yoxdur, lakin əvvəllər Lavrovun krallığına səfərin hazırlandığı bildirilirdi.