XƏBƏRLƏR / Diplomatiya

Ermənistan Pakistanda ilk səfirini təyin edib

Bu barədə Ermənistan mediası məlumat yayıb

Ermənistan Pakistanda ilk səfirini təyin edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Karen Qriqoryanın ölkənin Pakistandakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb. Bununla da, o, Ermənistanın Pakistandakı ilk səfiri olacaq.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    "Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan eyni zamanda Pakistanda səfir (iqamətgahı Əbu-Dabidə olmaqla) təyin edilir", - fərmanda bildirilib.

    Qeyd edək ki, Ermənistan və Pakistan 2025-ci il avqustun 31-i rəsmi olaraq diplomatik münasibətlər qurublar.