XƏBƏRLƏR / Diplomatiya

Hikmət Hacıyev Almaniya səfiri Dirk Lölke ilə görüşüb

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında məlumat yayıb

Hikmət Hacıyev Almaniya səfiri Dirk Lölke ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın ölkəmizdəki səfiri Dirk Lölke ilə görüşüb.

    Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi Facebook hesabında məlumat verib.

    Görüşdə iqtisadiyyat, təhsil, beynəlxalq təhlükəsizlik və digər mühüm məsələlər müzakirə olunub.

    "Görüş zamanı hər iki tərəf Almaniya-Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğuladılar. Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik!" - mesajda deyilir.