Britaniya XİN nümayəndəsi Bakıya gəldi
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old məlumat yayıb
Britaniya XİN nümayəndəsi Bakıya gəlib.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old “X” platformasında məlumat yayıb.
“XİN nümayəndəsi Kris Allanı ilk dəfə Bakıda qarşılamaqdan çox məmnunam. Biz ikitərəfli əlaqələri gücləndirmək üçün hökumət rəsmiləri ilə səmərəli müzakirələr apardıq. Əməkdaşlıq imkanlarını araşdırmaq üçün Beyin Mərkəzləri ilə şam yeməyi günümüzün yaxşı sonluğu oldu” – səfir qeyd edib.