Azərbaycana "təzyiq göstərmək" istəyən xanım Bakıdadır
Çexiya Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Azərbaycana Ermənistandan gəlib
Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda "Biz bütün imkanlarımızdan istifadə edirik ki, Azərbaycana belə təzyiqlər edə bilək ki, onlar danışıqlarda iştirakını davam etdirsinlər" bəyanatı ilə çıxış etmişdir.