XƏBƏRLƏR / Diplomatiya

Bakıya "təzyiq etmək" istəyən xanım İrəvanda dediyini dandı

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Bakıda səfərdədir

Bakıya "təzyiq etmək" istəyən xanım İrəvanda dediyini dandı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Hesab edirəm ki, mənim sözlərim yanlış anlaşılıb. Mən heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır. Heç vaxt!”

    Bu barədə Bakıda səfərdə olan Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova jurnalistlərə açıqlamasında bildirib.

    O qeyd edib ki, bunu demək çox vacibdir: “Yəni mən heç vaxt Qarabağın Azərbaycana məxsus olduğunu inkar etməmişəm. Vacib olan gələcəyə baxmaqdır, bu, həmişə vacibdir. Hesab edirəm ki, indi regionda bütün ölkələr arasında münasibətlərin inkişaf etdiyi bir dövrdür və bu, hamımızın üçün vacibdir”.

    Marketa Pekarova Adamova onu da əlavə edib ki, Azərbaycanın və Ermənistanın suverenliyi Çex Respublikasının marağındadır: “Sülhün mövcud olduğu Cənubi Qafqaz çiçəklənəcək və əminəm ki, bu hər kəs üçün önəmlidir”.

    Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda "Biz bütün imkanlarımızdan istifadə edirik ki, Azərbaycana belə təzyiqlər edə bilək ki, onlar danışıqlarda iştirakını davam etdirsinlər" bəyanatı ilə çıxış etmişdi.