Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb

İyunun 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rəsmi səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə Keniya Respublikasının yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.