XƏBƏRLƏR / Diplomatiya

ABŞ təmsilçisi Şəhidlər xiyabanını ziyarət edib

Bu barədə səfirlik 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib

ABŞ təmsilçisi Şəhidlər xiyabanını ziyarət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.

    Müvəqqəti işlər vəkili Hüqo Qevara Şəhidlər xiyabanını ziyarət edib.

    Paylaşımda deyilir:

    “Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk”, - müvəqqəti işlər vəkili Hüqo Qevara qeyd edib.