XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan Türkmənistanla enerji əməkdaşlığını müzakirə edir

Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib

Azərbaycan Türkmənistanla enerji əməkdaşlığını müzakirə edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əlaqələr müzakirə edilib.

    Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

    Bildirilib ki, bununla bağlı müzakirələr Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanov ilə Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov arasındakı görüşdə aparılıb.

    Görüşdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafında mühüm rolu vurğulanıb.

    Tərəflər iki ölkə arasında iqtisadi və enerji, xüsusilə neft-qaz sahələrində mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində əhəmiyyəti qeyd olunub.

    Eyni zamanda, hər iki ölkənin malik olduğu zəngin enerji potensialı və resursları nəzərə alınaraq, bu sahədə tərəfdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlara diqqət çəkilib.

    Görüşdə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin, xüsusilə enerji sahəsində səmərəli və praktiki əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyi bir daha vurğulanıb.