Lavrov və Əraqçi regional gündəliyi müzakirə ediblər
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb
Rusiya və İranın xarici işlər naziriləri Sergey Lavrov və Abbas Əraqçi regional gündəliyin əsas məsələlərini müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) iki nazir arasında telefon danışığının nəticələrinə dair məlumatında bildirilib.
"XİN rəhbərləri aktual regional problemlər üzrə fikir mübadiləsini davam etdiriblər. Fələstin-İsrail nizamlanmasının müzakirəsi zamanı nazirlər ümumi tanınmış beynəlxalq hüquqi əsasda davamlı sülhün əldə edilməsinin vacibliyini və BMT Təhlükəsizlik Şurasının cari işində Fələstin dövlətinin yaradılması haqqında mövcud qərarların tam nəzərə alınması zərurətini vurğulayıblar", - məlumatda bildirilib.
Nazirlər, həmçinin müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin yüksək dinamikasından dərin məmnunluq ifadə ediblər.
1 dəqiqədən az