XƏBƏRLƏR / Diplomatiya

Hikmət Hacıyev BƏƏ-də dövlət naziri Əl-Haceri ilə görüşüb

Bu barədə Prezidentin köməkçisi "X" hesabında yazıb

Hikmət Hacıyev BƏƏ-də dövlət naziri Əl-Haceri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BƏƏ-yə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb.

    Görüş zamanı tərəflər strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli münasibətləri müzakirə edib, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Hacıyev məlumat verib ki, "Birləşmiş Ərəb Əmirliklərinə səfərim zamanı Dövlət naziri Zati-aliləri Səid bin Mübarək Əl Həcəri ilə görüşdüm.

    Biz strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan ilə BƏƏ arasında dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirdik və regional, həmçinin beynəlxalq məsələlər ətrafında səmərəli fikir mübadiləsi apardıq.

    Regional miqyasda "orta güc" (middle power) statusuna malik dövlətlər kimi, Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə müsbət və konstruktiv rol oynayaraq sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verirlər."