XƏBƏRLƏR / Diplomatiya

Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib

Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqının (Aİ) yeni səfiri Azərbaycana gəlib.

    Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

    Səfir Maryana Kuyundjiç bu gün Bakıya gəlib.

    Qeyd edək ki, diplomat Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsində (PSC) nümayəndəsi kimi fəaliyyət göstərib. O, əvvəllər digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr Müşavirlərinin İşçi Qrupu (RELEX) müşaviri vəzifəsini də icra edib.