XƏBƏRLƏR / Diplomatiya

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır

XİN xəbər verir

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İyulun 15-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eyzemanla görüşüb.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə görə səfir Paulin Eyzemaya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Görüşdə Azərbaycan ilə Niderland arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

    İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

    Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

    Səfir Paulin Eyzema 5 ilə yaxın müddətdə Niderlandın Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona göstərilən dəstəyə görə təşəkkür edib.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.