XƏBƏRLƏR / Diplomatiya

Rusiya Ermənistanı iqtisadi sanksiyalarla hədələyib

Bu barədə Ermənistanın müxalif "Hraparak" qəzeti yazıb

Rusiya Ermənistanı iqtisadi sanksiyalarla hədələyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Ermənistana mümkün iqtisadi sanksiyalarla bağlı xəbərdarlıq edib - "Hraparak"

    Ermənistan qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Ermənistan səfiri Qurqen Arsenyan arasında söhbət “çox xoş olmayıb”.

    Mənbənin sözlərinə görə, səfirə Ermənistan hakimiyyətinə çatdırmaq tapşırılıb ki, əgər onlar Qərbin Rusiya dövlət telekanallarının ictimai multipleksdən çıxarılması tələbinə əməl etsələr, onlar “xoşagəlməz sürprizlərlə”, xüsusən də iqtisadi sanksiyalarla üzləşə bilərlər.