XƏBƏRLƏR / Diplomatiya

Aİ məmurları Fidanla İrəvan-Bakı sülh sazişini müzakirə edib

Türkiyə XİN rəhbəri Hakan Fidan Brüsseldə Marta Kos və Kaya Kallasla görüşüb

Aİ məmurları Fidanla İrəvan-Bakı sülh sazişini müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Komissarı Marta Kos: Türkiyə Cənubi Qafqaz, Aralıq dənizi və Qara dəniz bölgələrində sabitlik üçün əsas tərəfdaşdır.

    "Türkiyə Cənubi Qafqaz, Aralıq dənizi və Qara dəniz bölgələrində sabitlik üçün əsas tərəfdaşdır. Xarici işlər naziri Fidan və mən Aİ-Türkiyə münasibətlərində müsbət gündəliyi davam etdiririk. Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləmək üçün səylərimizi gücləndiririk", - deyə Aİ-nin Genişlənmə üzrə Komissarı Kos Türkiyənin xarici işlər naziri Fidan ilə görüşdən sonra bildirib.

    Fidan Brüsselə səfəri zamanı Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə ayrıca görüş də keçirib.