Ceyhun Bayramovla İqnatsio Kassisin birgə mətbuat konfransı
Azərbaycan və İsveçrə xarici işlər nazirləri sualları cavablındırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri İqnazio Kassis ilə Bakıda keçirilən brifinqdə bir sıra açıqlamalar verib.
- Bu şəraitdə ATƏT daxilində və üzvləri arasında fəal əməkdaşlıq əsas tələbdir. Azərbaycan bir dövlət olaraq bütün bu prinsiplərə sadiqliyini bir daha təsdiqləyir.
- Azərbaycan və İsveçrə iqtisadi əməkdaşlığı müzakirə ediblər.
- Mina və partlamamış hərbi sursat təhlükəsi Azərbaycan üçün aktual məsələ olaraq qalır. ATƏT bu sahədə təcrübəsi olan bir təşkilat olaraq Azərbaycana dəstək verə bilər.
- Artıq Azərbaycan və Ermənistan arasında faktiki sülh əldə edilib.
- Sülh müqaviləsinə gəldikdə isə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Əgər Azərbaycana qarşı ərazi iddiaları Ermənistan Konstitusiyasından çıxarılarsa, sənəd imzalana bilər.
- Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində bir sıra irəliləyişlər gözlənilir və onlardan biri də Vaşinqtonda keçirilən sülh sammitinin sənədinə daxil edilmiş TRIPP layihəsidir.
İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis:
- İsveçrə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını ardıcıl olaraq dəstəkləyir. Sülh sazişinin paraflanmasından təxminən bir il sonra möhkəm sülhə nail olmaq üçün real imkan yaranıb. Biz fəxr edirik ki, İsveçrə bu prosesin irəliləməsinə kiçik də olsa öz töhfəsini verə bilib. Mən həmkarımı sazişin imzalanması və həyata keçirilməsi üçün zəruri olan səyləri davam etdirməyə çağırıram, bu barədə o, bu gün ətraflı danışdı.
- Azərbaycanın geosiyasi mövqeyi ölkəni Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqələndirici halqaya çevirir. Orta Dəhlizin və etibarlı, şaxələndirilmiş ticarət marşrutlarının inkişafı müasir qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir.
- Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa təhlükəsizliyi üçün ən böyük çağırış olaraq qalmaqda davam edir. “ATƏT bu məsələyə əhəmiyyət verməkdədir. Xüsusilə ATƏT-in fəaliyyətdə olan sədri kimi bu məsələni məni narahat edir. Burada həqiqi dialoq lazımdır. Tərəflər və digərləri bir araya gəlib danışıq aparmaq üçün yol tapmalıdır. ATƏT-in məqsədi məhz bundan ibarətdir.
- Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) İsveçrədə populyardır. Özüm avtomobil idarə edərkən bəzən onun yanacaqdoldurma məntəqələrindən də istifadə edirəm. Bəzi yerlərdə bunlar İsveçrədə ən çox yayılmış məntəqələrdəndir.
- İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir. "Biz qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığımızı davam etdirməyə və möhkəmləndirməyə ümid edirik".
-
3 dəqiqə