XƏBƏRLƏR / Diplomatiya

London-Bakı hərbi əməkdaşlığı heç vaxt belə güclü olmayıb

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib

London-Bakı hərbi əməkdaşlığı heç vaxt belə güclü olmayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində də dəyərli tərəfdaşdır və bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb”.

    Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.

    “Azərbaycanın öz potensialını dəstəkləyərkən, Birləşmiş Krallığın müdafiə sahəsində təcrübəsindən yararlanacaq təlim, daha sıx müdafiə əlaqələri və əməkdaşlıq imkanları vasitəsilə müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyirik. Birləşmiş Krallıq Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyirik.

    Biz narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla ciddi mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə çalışırıq. Birləşmiş Krallıq öz təcrübəsini bölüşməkdən qürur duyur, eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanlarının geniş təcrübəsindən və imkanlarından yararlanaraq hər iki ölkənin daha sıx əməkdaşlıqdan faydalanmasını təmin edir”, - səfir vurğulayıb.

    Diplomat qeyd edib ki, Azərbaycan bu geniş regionda sabitliyin təşviqində mühüm rol oynayır və bu, Birləşmiş Krallıqda təhlükəsizliyin təməlinin qoyulması baxımından çox vacibdir.