Bayramov və Mirzoyanın Almatı görüşünün tarixi bəlli olub
Ermənistan Xarici İşlər Nazirliyi Almatıda keçiriləcək görüşün gündəliyini açıqlayıb YENILƏNİB
13:15
Ermənistan Xarici İşlər Nazirliyi Bayramovla Mirzoyan arasında Almatıda keçiriləcək görüşün gündəliyini açıqlayıb.
Ermənistan tərəfi Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etmək niyyətindədir.
İki ölkə arasında öhdəliklərin yazılı təsdiqi və regionda nəqliyyat infrastrukturu və ticarət yollarının açılması da gözlənilir.
***
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.
Bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə sosial media hesabında paylaşım edib.
Qeyd edilib ki, görüş mayın 10-da Almatıda baş tutacaq.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.