Zaxarova Moldova Prezidenti Maya Sanduya "həyasız" dedi
Rusiya XİN sözçüsü etiraf edib ki, o, daha ağır söz işlətmək istəyardi
Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Moldova Prezidenti Maya Sandu haqda danışarkən nitqində uzun bir pauzadan və demək istədiyi ifadəni buraxacağını elan etdikdən sonra Moldova prezidenti Maya Sanduya "həyasız" (Бестыжая ты!) dedi.
Qeyd edək ki, Prezident Maya Sandu Moldovanın 1944-cü ilin avqustundakı olaylara toxunaraq, bunu "Sovet İttifaqı tərəfindən zorakı ilhaqla hərbi işğal" adlandırıb.
Xatırladaq ki, Moldova (o vaxtkı Bessarabiya) 1918-ci ildə yerli idarəetmə orqanı olan Sfatul Țării (Ölkə Şurası) Bessarabiyanın Rumıniya ilə könüllü şəkildə birləşdirilməsinə səs verdikdən sonra Rumıniya Krallığının bir hissəsinə çevrildi. SSRİ və Nasist Almaniyası müttəfiq olduğu 1940-cı ilin iyun ayında SSRİ tərəfindən işğal edildi. SSRİ Rumıniyaya ultimatum verdi (Molotov-Ribbentrop Paktına əsasən, bu ərazi SSRİ-yə verildi). Rumıniya razılaşmaq məcburiyyətində qaldı və Bessarabiya SSRİ-nin bir hissəsi oldu və Moldaviya SSR kimi tanındı.
1 dəqiqədən az