XƏBƏRLƏR / Diplomatiya

Rusiya və Türkiyə Moskvada Cənubi Qafqazı müzakirə ediblər

Rusiya XİN rəhbərinin müavini Türkiyə XİN-in Şərqi Avropa və Qafqaz departamentinin direktorunu qəbul edib

Rusiya və Türkiyə Moskvada Cənubi Qafqazı müzakirə ediblər
Mehmet Sansar və Mixail Qaluzin
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Moskvada keçirilən Rusiya-Türkiyə məsləhətləşmələrində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi, Ukrayna böhranı və Cənubi Qafqazdakı son vəziyyət geniş müzakirə olunub.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatında qeyd olunub.

    Məlumata görə, sentyabrın 8-9-da Moskvada baş tutan görüşlərdə Türkiyə XİN-in Şərqi Avropa və Qafqaz departamentinin direktoru Mehmet Samsar, Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin və aidiyyəti strukturların rəhbərləri iştirak ediblər.

    Görüş zamanı Rusiya tərəfi Qara dənizdəki vəziyyətlə bağlı Türkiyəyə xüsusi xəbərdarlıq edib:

    “Moskvanın Ukrayna böhranının ilkin səbəblərinin aradan qaldırılması yolu ilə həllinə dair prinsipial yanaşmaları tərəfdaşların diqqətinə çatdırılıb. Həmçinin Kiyev rejiminin Qara dəniz akvatoriyasında gəmiçiliyin, o cümlədən Türkiyə tərəfinin təhlükəsizliyini təhdid edən destruktiv əməllərinə dair Rusiyanın qiymətləndirmələri təqdim olunub.

    Danışıqlarda Cənubi Qafqaz və Mərkəzi Asiyada xarici qüvvələrin müdaxiləsi bir daha pislənilib. Tərəflər regionda yeni ayırıcı xətlərin yaradılmasının yolverilməz olduğunu bildirərək, “3+3” Regional Əməkdaşlıq Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) “regional məsuliyyət” prinsipi əsasında fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıblar”.