XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək

Ermənistan Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib YENİLƏNİB

Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:12

    “Azatutun” radiosunun sualına cavab olaraq, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında qarşıdan gələn görüşlə bağlı razılıq əldə edilib.

    ***

    13:17

    Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək.

    Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

    Nazir bildirib ki, Ararat Mirzoyanla ən son Bişkekdə bir sıra məsələlər üzərində fikir mübadiləsi aparılıb.