İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
Bu barədə Azərbaycan XİN məlumat yayıb
Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib. Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Sammitin sonunda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.
Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.