XƏBƏRLƏR / Qalmaqal

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqala səbəb oldu

Səfirin hərəkətləri Gürcüstan parlamentinin üzvlərinin kəskin narazılığına səbəb oldu

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqala səbəb oldu
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İranın Gürcüstandakı səfiri diplomatik qalmaqala səbəb oldu

    İranın Gürcüstandakı səfiri Əli Mojani Facebook paylaşımı ilə diplomatik qalmaqala səbəb oldu. Diplomat İran səfirliyi binasının fasadına proyeksiya edilmiş gürcü kraliçası Ketevanın şəklini paylaşdı və tezliklə bu tarixi şəxsiyyətlə bağlı ilkin tədqiqatının nəticələrini təqdim edəcəyini bildirdi.

    Səfirin hərəkətləri Gürcüstan parlamentinin üzvlərinin kəskin narazılığına səbəb oldu.

    Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze "diplomatik protokol çərçivəsində qalmağa və tarixi sapmalara girməməyə" çağırdı. O, əlavə etdi: "Bu, İran səfirinin tarixi faktlar da daxil olmaqla mübahisəli açıqlamalar verdiyi ilk dəfə deyil."

    "Ona xatırlatmaq istərdim ki, Gürcüstan və İranın bir vaxtlar yaxşı münasibətləri olmayıb; onların çətin tarixi var və bu, hər bir gürcü üçün həssas məsələdir. Mən ona diplomatik protokol çərçivəsində qalmağı və tarixi sapmalara girməməyi məsləhət görürəm, çünki bu, onun işi deyil." Samxaradze qeyd etdi: "Əgər o, iki ölkə arasında normal münasibətlərin qorunmasını istəyirsə, bu cür hücumlardan çəkinməlidir". O əlavə edib ki, məsələ Gürcüstan xarici işlər naziri ölkəyə qayıtdıqdan sonra onunla müzakirə olunacaq.

    Hakim partiyanın deputatları Kadagişvili və Quduşauri də İran səfirinin hərəkətlərinin "səlahiyyətlərini aşdığını" bildiriblər.

    Qeyd edək ki, Əzabkeş Ketevan (1560-1624) gürcülərin müqəddəs kraliçası sayılır.

    Gürcü mənbələrinin rəvayətlərinə görə Şah I Abbas Gürcüstanı viranəyə çevirməklə hədələyib. Müharibənin qarşısını almaq istəyən Kraliça Ketevan zəngin hədiyyələrlə Şahın yanına getməyə və hətta özünü girov kimi təqdim etməyə qərar verib. İsfahanda o, həbsxanaya atılıb və orada 10 il əzablı ömür sürüb. Şah İslamı qəbul edəcəyi təqdirdə onu İran Kraliçası edəcəyinə söz verib. Lakin nə işgəncə, nə də rüşvət onun imanındakı möhkəmliyini sarsıda bilməib. Nəhayət, 13 sentyabr 1624-cü ildə qızmar kəməndlə işgəncə verildikdən sonra o, tonqalda yandırılıb.