Hikmət Hacıyev İranda Əli Əkbər Əhmədianla görüşüb
Hacıyev İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə görüşü haqda X sosial şəbəkəsındə paylaşım edib

İranda səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb. Bu haqda o sosial şəbəkədə paylaşım edib.
Paylaşımda deyilir: "Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik."