Hikmət Hacıyev İrana səfər edib
Azərbaycan Prezidentinin köməkçisi İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.
Bu barədə Azərbaycanın İrandakı səfirliyimiz məlumat yayıb.
Qeyd edilib ki, Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.
IRNA xəbər verir ki, İran prezidentinin siyasi məsələlər üzrə köməkçisi Mehdi Sənayi ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iki ölkənin qeyri-hökumət təşkilatları arasında iqtisadi mübadilənin artırılmasını vurğulayıblar.
Mehdi Sənayi sosial media hesabında Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyevlə görüşünə toxunaraq yazıb: “Uzun sürən görüş zamanı münasibətlərdə müxtəlif məsələləri müzakirə etdik”.
“Hər iki tərəf iki ölkə arasında dostluq və qardaşlığa, bəzi anlaşılmazlıqların aradan qaldırılmasına, hərtərəfli siyasi əlaqələrin genişləndirilməsinə, iqtisadi və qeyri-hökumət mübadiləsinin artırılmasına doğru hərəkət etməyi vurğuladıq”, - deyə, Mehdi Sənayi bildirib.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İran prezidentinin müşaviri Mehdi Sənai ilə görüşündə deyib: "Azərbaycan Respublikası İran İslam Respublikası ilə heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda üçün qonşu mühitdə siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. İki ölkə arasında münasibətlərdə əsas məqam etimadı gücləndirmək və anlaşılmazlıqları aradan qaldırmağa çalışmaqdır.
Azərbaycan Respublikası tərəfindən İran İslam Respublikasına heç bir təhlükə olmayacaq".