XƏBƏRLƏR / Diplomatiya

Rusiya Qafanda baş konsulluq açmaq istəyir

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyinin rəhbəri bildirib

Rusiya Qafanda baş konsulluq açmaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyinin rəhbəri Bağır Mamiyev bildirib ki, Moskva və İrəvan Qafanda Rusiyanın baş konsulluğunun və Vladiqafqazda Ermənistanın konsulluq bölməsinin açılmasını müzakirə edirlər.

    Mamiyevin sözlərinə görə, hər iki məsələ ikitərəfli gündəmdə qalır, lakin diplomatik nümayəndəliklərin açılmasının vaxtını müzakirə etmək hələ tezdir.