XƏBƏRLƏR / Diplomatiya

Prezident bəzi ölkələrdəki səfirləri dəyişib

İlham Əliyev müvafiq sərəncamlar imzalayıb

Prezident bəzi ölkələrdəki səfirləri dəyişib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    ***
    Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

    Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.