XƏBƏRLƏR / Diplomatiya

Fransa XİN rəhbərinin cavabı verildi

Ayxan Hacızadıə: Jan Noel Barron uzunmüddətli anti-Azərbaycan mövqeyi nümayiş etdirir

Fransa XİN rəhbərinin cavabı verildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı verdiyi açıqlamaya cavab verib.

    Ayxan Hacızadə

    Ayxan Hacızadə qeyd edib ki, Fransanın Ermənistana öldürücü silahları tədarük etməsi və sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi xarici işlər naziri Jan Noel Barronnun regionda gərginliyin yaranması ilə bağlı narahatlığını ifadə etdiyi fikirləri ilə uyğun gəlmir.

    "Bu ikili yanaşma Fransanın riyakarlığını göstərir", - Ayxan Hacızadə vurğulayıb.

    A.Hacızadə onu da əlavə edib ki, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir.