XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov TDT XİN görüşü üçün Türkiyəyə gedib

Bu barədə Azərbaycan xarici işlər nazirliyi xəbər verir

Ceyhun Bayramov TDT XİN görüşü üçün Türkiyəyə gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

    XİN-dən verilən məlumata görə, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə gedib.

    Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

    Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.