ABŞ “Kətaib Hizbullah” komandirini məhv etdiyini təsdiqlədi
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində yazır
ABŞ İraq ərazisinə zərbə endirib, nəticədə şiə qruplaşmasının “Kətaib Hizbullah” komandiri öldürülüb, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində yazır.
“Fevralın 7-də saat 21:30-da CENTCOM qüvvələri ABŞ hərbçilərinə qarşı hücumlara cavab olaraq İraqda birtərəfli zərbə endirib və nəticədə regionda ABŞ hərbi personalına qarşı birbaşa planlaşdırma və hücumlara cavabdeh olan Kətaib Hizbullah komandiri həlak olub. ”, - deyə hesabatda bildirilir.