ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədinə gəlib
Fotodan görünür ki, Gorus-Laçın yolu Ermənistan blok-postu tərəfindən bağlanıb
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn 3 aya yaxındır ki, normal gediş-gəliş olmayan Gorus-Laçın yolunun başlanğıcında olub.
Sünik vilayətinin qubernatoru Robert Qukasyan səfir Kuinn qarşısında ağlaşma qurub ki, "Laçın dəhlizinin blokadasının nəticələrini və bunun yüzlərlə ayrı-ayrı ailələrə təsirini təqdim edib." Qubernator Qukasyan "blokada qurbanlarına" maliyə dəstəyi xahiş edib.
Səfir Kuinn dövlət katibi Blinkenin Laçın dəhlizi ilə bağlı çağırışını təkrayıb.