XƏBƏRLƏR / Hərbi

ABŞ Türkiyəyə 23 milyard dollarlıq “F-16”lar satacaq

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri F-16-ların Türkiyəyə satışını dəstəkləyib

ABŞ Türkiyəyə 23 milyard dollarlıq “F-16”lar satacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin və Nümayəndələr Palatasının komitədəki üzvü, demokrat Gregory Miks F-16 qırıcılarının Türkiyəyə satışına qarşı çıxmayacaqlarını bildiriblər.

    Kardin bununla bağlı açıqlamasında deyib: “Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi fonunda F-16 qırıcılarının Türkiyəyə satışına icazə verəcək. Türkiyənin F-16 təyyarələrinin alınması ilə bağlı müraciətini təsdiqləməm İsveçin NATO-ya daxil olmasını təsdiqlənməsi ilə bağlı idi".

    Miks də öz növbəsində Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayıb. O qeyd edib ki, “Türkiyənin Egey dənizində gərginliyi azaltmaq üçün atdığı addımlar onu ruhlandırıb”.

    Bundan əvvəl də Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq F-16 qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verib.

    Bununla bağlı sənəddə Ankaranın ABŞ-dan 40 ədəd yeni F-16 almaq, istismarda olan 79 ədəd F-16-nı modernləşdirmək, həmçinin naviqasiya və rabitə də daxil olmaqla, ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istədiyi bildirilib.