XƏBƏRLƏR / Hərbi

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb

Qarabağdakı qeyri-qanuni erməni silahlıları get-gedə azğınlaşır

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

    Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.