ABŞ uzunmüddətli və hərtərəfli sülhə nail olmaq istəyir
Bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn ABŞ rəsmilərinin İrəvanda keçirdiyi görüşlər əsasında yazıb
Birləşmiş Ştatlar uzunmüddətli və hərtərəfli sülhə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır.
Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsenin ER rəsmiləri ilə İrəvanda keçirdiyi görüşlərin yekunlarına əsasən Twitter hesabında bildirib.
Kuinn Eerika Olsenin səfərini məhsuldar kimi qiymətləndirdi.
Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsen Ermənistandan Gürcüstana yollanıb.