XƏBƏRLƏR / Hərbi

ABŞ və Azərbaycanın HHQ-nin komandanları görüşüb

General Çarlz Braun general-leytenant Ramiz Tahirovu və ABŞ-dakı səfirimiz Xəzər İbrahimi qəbul edib

ABŞ və Azərbaycanın HHQ-nin komandanları görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braunla görüşüb.

    Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi "Twitter" hesabında məlumat verib.

    “İkitərəfli müdafiə əlaqələrimiz, regional sülh və sabitliyin qorunması ilə bağlı məhsuldar müzakirələr apardıq”, - o bildirib.

    Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

    Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Kənani Azərbaycan və İran XİN rəhbərləri arasında son telefon danışığını müsbət qiymətləndirib. O, həmçinin fikir ayrılıqlarının dialoq yolu ilə həllinin vacibliyini qeyd edib.