XƏBƏRLƏR / Hərbi

Erməni əsgərinin güllə yarası ilə meyiti tapılıb

Bu barədə Ermənistan müdafiə nazirliyi xəbər verir

Erməni əsgərinin güllə yarası ilə meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan müdafiə nazirliyi xəbər verir ki, iyunun 14-də səhər saat 8:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizəsi ərazisində müqaviləli əsgər Armen Qurgenoviç Qasparyanın güllə yarası ilə meyiti tapılıb.

    Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.