XƏBƏRLƏR / Hərbi

Qazaxıstan hansı ölkələrdən silah alır?

Bu barədə "Kazinform" agentliyi xəbər yayıb

Qazaxıstan hansı ölkələrdən silah alır?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kəmaləddinov Astananın silah aldığı ölkələrin adlarını açıqlayıb.

    "Kazinform" agentliyi xəbər verir ki, Qazaxıstan ordusunun arsenalında təkcə Rusiya silahları deyil, həm də Türkiyə, ABŞ, Çin və başqa ölkələrin silahları yer alır.

    “Qazaxıstan hərbçilərinin hazırlığı Türkiyə, Pakistan, ABŞ, Çin, Belarus, Hindistan, Rusiya və digər ölkələrdə həyata keçirilir”, - deyə Sultan Kəmaləddinov ümumqoşun konfransı ərəfəsində bildirib.

    Qeyd edək ki, Astanada Qazaxıstanın dövlət başçısı, Ali Baş Komandan Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən ümumqoşun konfransında ordu quruculuğu və hərbi hazırlıq, həmçinin ordunun texnoloji modernizəsi məsələləri müzakirə olunur.