Abşeronda keçmiş məhkumlardan silah götürülüb VİDEO

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Abşeron rayonundan keçmiş məhkumlardan tapança və avtomatlar götürülüb.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirlib ki, Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Qobu, Mehdiabad və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib. Tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar - Qobu qəsəbə sakini 1988-ci il təvəllüdlü Tural Əliağayevdən 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron, 1 ədəd patron darağı, 1984-cü il təvəllüdlü Ramil Kamilovdan 1 ədəd “AK-74” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı, Məmmədli kənd sakini 1998-ci il təvəllüdlü Mustafa Qəhrəmanovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron,1 ədəd patron darağı, Saray qəsəbə sakini 1985-ci il təvəllüdlü Pərviz Hüseynovdan 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.