XƏBƏRLƏR / Siyasət

ABŞ 907-ci düzəlişi yenə dondurur

Bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb

ABŞ 907-ci düzəlişi yenə dondurur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.

    Bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb.

    Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

    Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul edilib və ABŞ-ın Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyur.