XƏBƏRLƏR / Kriminal

ABŞ-da dələduz erməni həkiminə 15 il iş verilib

Bu barədə ABŞ Ədliyyə Departamenti açıqlama yayıb

ABŞ-da dələduz erməni həkiminə 15 il iş verilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-da erməni əsilli həkim fırıldaqçılıq ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib.

    Bu barədə erməni mətbuatı yazır.

    ABŞ Ədliyyə Departamenti açıqlayıb ki, Qlendeyldən olan erməni əsilli həkim Violetta Maylyan 29 oktyabrda Medicare proqramını fırıldaqçılıq ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib. Departamentin məlumatına görə, o, heç vaxt edilməmiş və ya tibbi göstərişi olmayan Botoks inyeksiyaları üçün 45 milyon dollardan çox pul mənimsəyib.

    Maylyan "Healthy Way" Tibb Mərkəzini idarə edib və departamentin məlumatına görə, minlərlə prosedur üçün saxta hesablar təqdim edib. İstintaq zamanı o, həmçinin tibbi qeydləri və xəstə imzalarını saxtalaşdırıb.

    Həbs cəzasına əlavə olaraq, məhkəmə Maylyanı Medicare-ə 32,9 milyon dollar ödəməyə və daşınmaz əmlak, qiymətli kağızlar və bank hesabları da daxil olmaqla 16 milyon dollardan çox aktivin müsadirə edilməsinə qərar verib.