ABŞ TRİPP-ə 2,5 mlrd dollar investisiya ayırıb YENİLƏNİB
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Direktorlar Şurası "TRIPP Development Company" yaradılmasını təsdiq edib
14:41
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası bir sıra layihələrə, o cümlədən "TRIPP Development Company"nin yaradılmasına 2,5 milyard dollar investisiya qoyuluşunu təsdiqləyib.
***
11:24
ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına görə, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (US International Development Finance Corporation) Direktorlar Şurası 3 iyun tarixində ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional əlaqələri dəstəkləməyi hədəfləyən Ermənistan-Amerika birgə müəssisəsi olan "TRIPP Development Company"-nin yaradılması da daxil olmaqla bir sıra yeni strateji investisiyaları təsdiqləyib.

Bu arada Ermənistanla ABŞ arasında TRIPP sazişini XIN rəhbəri Ararat Mirzoyan və Dövlət katibi Marko Rubio qiyabi imzalayıblar.
Bu barədə Ararat Mirzoyan məlumat yayıb.
1 dəqiqədən az