XƏBƏRLƏR / Nəqliyyat

Türk Hava Yolları İrəvana uçuşlara başlayır

Bu barədə Ermənistan mediası xəbər verib

Türk Hava Yolları İrəvana uçuşlara başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türk Hava Yolları martın 11-dən etibarən İrəvana gündəlik reyslərə başlayacaq.

    Bu barədə Ermənistan mediası "Zvartnots" hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Məlumata görə, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar gündəlik olacaq, 14 maydan etibarən uçuşların sayı həftədə 10-a qədər artırılacaq, 15 iyundan sonra isə həftədə 14-ə çatacaq.