“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alır
Hazırda THY-nin parkında 440 təyyarə var
“Türk Hava Yolları” aviaşirkəti inkişaf strategiyası çərçivəsində “Airbus” və “Boeing” kimi təyyarə istehsalçıları ilə onlardan 235 təyyarə almaq üçün danışıqlar aparır.
Bu barədə Türkiyənin milli aviadaşıyıcısının Direktorlar Şurasının sədri Əhməd Bolat İstanbulda “Airbus” və “Rolls-Royce” şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.
Qeyd edək ki, “Türk Hava Yolları”nın 10 illik inkişaf planı şirkətin aviaparkının 600-ə yaxın təyyarə ilə artırılmasını nəzərdə tutur. 2023-cü ilin dekabrında aviaşirkət “Airbus”dan 70 milyard ABŞ dolları dəyərində 355 ədəd təyyarə (“A312 Neo”, “A350-900”, “A350-1000”, “A350F”) almaq üzrə müqavilə imzaladığını elan edib.
Hazırda “Türk Hava Yolları”nın parkında, əsasən yeni nəsil (“Airbus” və “Boeing”) olmaqla, 440 təyyarə var. Şirkət dünyanın aparıcı aviadaşıyıcılarından biridir.