Adanadan sonuncu təxliyə avtobusu martın 10-da çıxacaq
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən xəbər veriblər
"Zəlzələdən zərər çəkmiş AR vətəndaşlarının diqqətinə!".
10 mart saat 15:00-da Adana avtovağzalından sonuncu təxliyə avtobusu Azərbaycana yola düşəcək. Təxliyə olunmaq istəyən Azərbaycan Respubikasının vətəndaşlarından 9 mart tarixinədək Səfirliyə məlumat vermələri (Tel: 05010318080) xahiş olunur.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmi twitter səhifəsində yazılıb.