XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır

Bu gün reysin ilk testi həyata keçirilib

Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Mart ayının 18-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır.

    Dəmir yolu xətti (Bakı-Qəbələ dəmir yolunun açılışı 2021-ci ilin mayın 15-də baş tutub) paytaxtı Qəbələ ilə qovuşdurur və xətt üzrə müasir standartlara cavab verən sürət qatarları fəaliyyət göstərir. Yolun uzunluğu 311 kilometr, qatarın yolda olma müddəti isə 3 saat 20 dəqiqə təşkil edir. Sürət qatarının reysləri həftə sonları təşkil olunacaq

    Bu gün reysin ilk testi həyata keçirilib. 

    Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Xatırladaq ki, Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır.

    Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından onlayn əldə etmək mümkündür.

    Bidirilir ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.

    "Hərəkət cədvəlinə gəlincə, qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq", - ADY bildirir.

    Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2 300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.