XƏBƏRLƏR / Nəqliyyat

AZAL Bakıdan Moskvaya planlaşdırılan reysləri təxirə salıb

Moskvanın hava limanlarında aləm bir-birinə dəyib YENİLƏNİB

AZAL Bakıdan Moskvaya planlaşdırılan reysləri təxirə salıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:10

    “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

    ***

    12:55

    Bu gün səhər saatlarından etibarən Ukraynanın PUA təhlükəsinə görə Moskva hava limanlarında 400-ə yaxın reys təxirə salınıb

    - Şeremetyevoda 15 uçuş və 12 gəliş reysi təxirə salınıb;

    - Domodedovoda 14 reys gecikib;

    - Vnukovoda 18 reys uçuşda, 26 reys isə gəlişdə gecikdirilib;

    - Jukovskidə 4 reys uçuşda, 5 reys isə gəlişdə gecikib.

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Moskvadan Bakıya uçan təyyarəsi də bir sutkaya yaxındır havaya qalxa bilmir.

    AZAL-ın mətbuat xidmətindən bildirilib ki, reysin ləngiməsi Moskva üzərində hava məkanının bağlanması ilə əlaqədar olub.