Dubay daha bir Ermənistan təyyarəsinə qadağa qoydu
Analoji hadisə bir neçə gün əvvəl də baş verib
Ermənistanın “FlyOne Armenia” şirkətinə məxsus daha bir təyyarənin Dubayda yerə enməsinə icazə verilməyib.
Xatırladaq ki, analoji hadisə bir neçə gün əvvəl də baş verib. Belə ki, bundan əvvəl Ermənistanın daha iki təyyarəsinə Dubayda yerə enməyə icazə verilməyib. Hər iki hadisə zamanı təyyarələr İranda eniş etməli olub. Hələlik qadağanın səbəbi məlum deyil.