XƏBƏRLƏR / Nəqliyyat

Ələt-Astara dəmir yolu 2027-ci ildə təhvil veriləcək

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər

Ələt-Astara dəmir yolu 2027-ci ildə təhvil veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ələt-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.

    Bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı Milli Biznesin İnkişafı Forumunda bildirib.

    O qeyd edib ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir:

    “Ələtdən Osmanlı istiqamətində olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Toplam uzunluq 243 kilometr təşkil edir".