XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan və ABŞ Zəngəzur dəhlizini müzakirə ediblər

Nazir Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamentinin köməkçi katibi Daniel Edvards ilə görüşüb

Azərbaycan və ABŞ Zəngəzur dəhlizini müzakirə ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamentinin köməkçi katibi Daniel Edvards ilə görüşüb.
    Görüşdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və davam edən infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

    Tərəflər Zəngəzur Dəhlizinin açılması, TRIPP layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi və Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

    Nəqliyyat sahəsində digər əməkdaşlıq sahələri, o cümlədən aviasiya, dəniz nəqliyyatı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da müzakirə olunub.